Ərdoğan: “İttihamlara cavab vermək əvəzinə, küçələrdə xaos yaratmağa çalışırlar” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “İttihamlara cavab vermək əvəzinə, küçələrdə xaos yaratmağa çalışırlar” - VİDEO

240596

“Onlar sadəcə çıxıb deyə bilmirlər ki, “bizdə korrupsiya yoxdur”. Bələdiyyə sədrlərinə zəmanət verə bilmirlər. İttihamlara aydın cavab vermək əvəzinə, küçələrdə xaos yaratmağa, marjinal qrupları qabağa çəkməyə çalışırlar”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun həbsdə olan meri İmamoğluna dəstək aksiyalarını şərh edərkən deyib.

Ərdoğan qeyd edib ki, bütün bunlar öz günahlarını gizlətmək üçündür: “Hörmətli Özgür Özəl, nədən bu qədər qorxursan? Bu hay-küy, bu panika haradan qaynaqlanır? Nə oldu, niyə belə əsəbisən?

Türkiyədə heç kim qanundan kənar deyil. Bizdə qanunu pozmaq “hüquqi” olan imtiyazlı azlıq yoxdur və olmayacaq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin