İmamoğlu və 91 şübhəli Ədliyyə Sarayına gətirilib

Hazırda oxunan: İmamoğlu və 91 şübhəli Ədliyyə Sarayına gətirilib

240581

Polis İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunu prokuror qarşısında ifadə verəcəyi Çağlayan Ədliyyə Sarayına gətirib.

Bizim.Media xəbər verir ki, “Habertürk” telekanalının məlumatına görə, İmamoğlu ilə birlikdə ora daha 91 şübhəli prokurorluğa gətirilib.

Qəbul edilmiş qaydada həmin şəxslər prokurora ifadə verməli olacaqlar.

Prokuror öz növbəsində, iş materiallarının növbəti həbs-qətimkan tədbirini seçəcək məhkəməyə verilməsi barədə qərar verəcək.

Artıq İstanbulun baş prokuroru Akın Gürlek ədliyyə binasına gəlib.

Bundan əvvəl “A Haber” telekanalı İmamoğlunun ona qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin