İsrail ordusu Qəzza zolağının şimalında Fələstin-Türkiyə Dostluq Xəstəxanasını partladıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
İsrail ordusu açıqlamasında xəstəxananın HƏMAS tərəfindən "hərbi komandanlıq mərkəzi" kimi istifadə edildiyini və İsrail qüvvələrinə hücumların onun ərazisindən edildiyini bildirib.
Qeyd edək ki, Fələstin-Türk Xəstəxanası 2011-2017-ci illər arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə inşa edilib və 8 blok, 4 əməliyyat otağı, reanimasiya şöbələri və laboratoriyalar daxil olmaqla, 33 min 400 kvadratmetr sahəni əhatə edib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, İsrail ordusunun hücumlarından sonra
Qəzzada 36 xəstəxanadan yalnız 18-i fəaliyyət göstərib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində Qəzza zolağında xəstəxanalar 130 ölü və 263 yaralı qəbul edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:23 / 22.03.2025
İsrail ordusu Qəzzada Fələstin-Türkiyə Dostluq Xəstəxanasını PARTLATDI - VİDEO
Hazırda oxunan: İsrail ordusu Qəzzada Fələstin-Türkiyə Dostluq Xəstəxanasını PARTLATDI - VİDEO
Hazırda oxunan: İsrail ordusu Qəzzada Fələstin-Türkiyə Dostluq Xəstəxanasını PARTLATDI - VİDEO
240579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.