Almaniyanın “Stiftung Warentest” fondunun mütəxəssisləri müxtəlif ölkələrdən gətirilən “Dubay şokoladı”nı diqqətlə araşdırıb və onların tərkibində arzuolunmaz və bəzən zərərli komponentlər aşkar ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın DW nəşri yazıb.
Mənbə qeyd edir ki, Dubayda püstə pastası və xırtıldayan kadaif xəmirindən hazırlanan şokolad 2024-cü ildə bütün dünyada populyarlıq qazanıb.
Bu gün onun analoqları müxtəlif ölkələrdə, o cümlədən Almaniyada istehsal olunur və satılır.
Stiftung Warentest” bu tendensiyanın təkcə istehsalçılar üçün deyil, həm də istehlakçılar üçün nə dərəcədə faydalı olduğunu yoxlamaq qərarına gəlib. Bununla belə, tədqiqatın nəticələri məyusedici olub.
Laboratoriya 100 qramının qiyməti 7 - 25 avro arasında olan altı "plitka” sınaqdan keçirib: ikisi Dubaydan, biri Türkiyədən, biri Niderlanddan və ikisi Almaniyadan.
Mütəxəssislər heç bir müstəsna dad və ya yüksək keyfiyyət tapmayıblar. Bundan başqa, bəzi nümunələrdə təhlükəli maddələr aşkar edilib.
Bizim.Media