Kobaxidze: “Qlobal çağırışlar fonunda regionda sülh üçün əməkdaşlığımız olduqca böyük əhəmiyyət kəsb edir”

Hazırda oxunan: Kobaxidze: “Qlobal çağırışlar fonunda regionda sülh üçün əməkdaşlığımız olduqca böyük əhəmiyyət kəsb edir”

240468

“Bu bayram yeni həyat, birlik, rifah rəmzidir və bizim ölkələr arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq kontekstində əhəmiyyət kəsb edir. Sizə və Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayır və ən xoş arzularımı çatdırıram”.

Bizim.Media xəbər verir ki, bu sözlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

İrakli Kobaxidzenin təbrik məktubunda deyilir: “Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin səviyyəsini yüksək qiymətləndirirəm. Bu əlaqələr xalqlarımız arasında mövcud olan ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Ümumi regional maraqlarla şərtlənən, ölkələrimiz arasındakı müxtəlif sahələrdə səmərəli və çoxtərəfli əməkdaşlığımız nümunəvidir və xalqlarımızın rifahı və inkişafı üçün möhkəm zəmin yaradır.

Əminəm ki, mövcud əməkdaşlığımız birgə səylərimizlə daha da möhkəmlənəcək. Qlobal çağırışlar fonunda regionda sülh və sabitliyin qorunub saxlanılması üçün bizim əməkdaşlığımızın olduqca böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamaq istərdim.

Zati-aliləri.

Fürsətdən istifadə edərək, bir daha Sizə ən yüksək ehtiramımı ifadə edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin