Fransa və İtaliya 2025-ci ildə Ukraynaya silah yardımı üçün 5 milyard avro ayrılmasına mane olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.
“Fransa və İtaliya konkret maliyyə həcmləri üzrə öhdəliklərini gecikdirirlər. Fikir ayrılığı Ukraynanın sursatla təmin edilməsində çətinliklər yaradır və Avropa İttifaqının Kiyevi dəstəkləmək iqtidarında olmadığı risklərini büruzə verir”, - məlumatda bildirib.
Nəşr yazır ki, italyan diplomatlar daha çox texniki və maliyyə detalları tələb edir, eyni zamanda təşəbbüsün hələ inkişaf mərhələsində olduğunu iddia edirlər.
Eyni zamanda, Fransa tərəfi bu təşəbbüsün məqsədlərini dəstəkləsə də, onlara görə prioritet Ukrayna üçün G7 kredit paketindən Aİ-nin 18 milyard avroluq payının ayrılmasıdır.
Qeyd edək ki, Finlandiyanın Baş naziri Petteri Orpo bu təşəbbüsü dəstəkləyərək, bir çox ölkələrin ukraynalılar üçün silah kontekstində “düzgün hərəkət etmədiyini” vurğulayıb.
Bizim.Media