Tramp: “Ukrayna ən qısa zamanda sazişə imza atacaq”

Hazırda oxunan: Tramp: “Ukrayna ən qısa zamanda sazişə imza atacaq”

240400

ABŞ və Ukrayna ən qısa zamanda faydalı resurslarla bağlı saziş imzalayacaq.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə çıxışı zamanı deyib.

Prezident bildirib ki, o, ABŞ-ın kritik resursların çıxarılması ilə bağlı sərəncam verib. 
 

"Mühüm mineralların və nadir torpaq metallarının istehsalını kəskin şəkildə artırmaq üçün sərəncam imzaladım. Bu, ölkəmiz üçün mühüm vəzifədir. Bildiyiniz kimi, biz həm də dünyanın müxtəlif yerlərində nadir torpaq metallarının, mineralların və daha çoxunun işlənməsi üçün müxtəlif ölkələrlə müqavilələr imzalayırıq", - deyə Amerika lideri vurğulayıb.


Xatırladaq ki, fevralın 28-də Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü gərginliklərlə yadda qalıb.

Tərəflər arasında baş verən mübahisədən sonra Zelenski nadir mineral ehtiyatlar haqqında sazişi imzalamadan Ağ Evi tərk edib. Bəzi mənbələr Ukrayna liderinin Tramp tərəfindən Ağ Evdən qovulduğunu yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin