Makrondan GERİ ADDIM – Ukraynaya sülhməramlı göndərməmək üçün VARİANT AXTARIR

Hazırda oxunan: Makrondan GERİ ADDIM – Ukraynaya sülhməramlı göndərməmək üçün VARİANT AXTARIR

240386

Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrindən ibarət sülhməramlı kontingentin Ukraynaya göndərilməsinə alternativ variantı nəzərdən keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti yazıb.

“Makron Starmerin Ukrayna planına alternativ axtarır. Makron Avropa qoşunlarının Ukraynaya yeridilməsinin alternativlərini fəal şəkildə araşdırır”, - nəşr bildirib.
 

Məlumata görə, Makronun nəzərdən keçirdiyi alternativ dedikdə, söhbət Moskva və Kiyev arasında potensial sülh sazişinə əməl olunmasına nəzarət etmək üçün BMT missiyasının Ukraynaya göndərilməsindən gedir.


Qeyd edək ki, BMT-nin sülhməramlı əməliyyatları Təhlükəsizlik Şurasının təsdiqi ilə reallaşır. Rusiya və ABŞ isə Təhlükəsizlik Şurasında veto hüququna malikdirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin