İranın Ali rəhbəri Ayətullah Xameneyi ABŞ və digər ölkələrə İslam Respublikasına qarşı təcavüzün mümkün nəticələri ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, Xameneyi İrana qarşı hər hansı addıma görə sərt tədbirlərin görüləcəyini bildirib:
“Əgər İran xalqına qarşı hər hansı bir axmaqlıq etsələr, onların üzünə sərt və sarsıdıcı sillə vurulacaq”.
Tehranın bölgədəki silahlı qruplara nəzarət etməsinə dair ittihamlara gəlincə, Xameneyi bu fikirləri də rədd edib:
“İranın regionda proksi qüvvələri yoxdur, bu qruplar müstəqil fəaliyyət göstərir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün iki ay vaxt verib. O, Xameneyi məktubunda bildirib ki, əgər İran Trampın çağırışını rədd edərsə və danışıqlara getməzsə, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar keçirmə şansları kəskin şəkildə artacaq.
Bizim.Media