Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Suriya və Ukraynadakı vəziyyət nəzərdən keçirilib.
Şura Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların inkişafı ilə bağlı gözləntilərini ifadə edib, həmçinin daimi sülhün bərqərar olmasının bütün regional qurumların maraqlarına cavab verəcəyini vurğulayıb.
Bundan başqa, İŞİD, FETÖ, ölkə daxilində və xaricdə kürd hərbi-siyasi təşkilatı PKK/YPG ilə mübarizə, Livan və Qəzza zolağında atəşkəs məsələsi müzakirə edilib.
İclas zamanı Türkiyə ilə Aİ arasında əlaqələrin canlanması və Türkiyənin Avropa təhlükəsizliyinin planlaşdırılmasında əvəzsiz rolu da qeyd edilib.
Bizim.Media