“Ermənistan Avropa İttifaqına (Aİ) daxil olarsa, Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmalı olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, ən mühafizəkar hesablamalara görə, Aİİ-dən Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesi mərhələsində çıxmaq Ermənistana ÜDM-nin 30-40%-nə və imtiyazların itirilməsinə başa gələcək:
“Bu addımlar təkcə Rusiya və Belarusa qarşı deyil, həm də Ermənistanın 2024-cü ilin sonunda ticarət dövriyyəsi 737 milyon dollardan çox olan İrana qarşı yönələcək. İrəvan Aİ tələblərinə cavab vermək üçün bütün standartlar və sertifikatlaşdırma sistemini yenidən qurmalı olacaq”.
Şoyqu qeyd edib ki, praktikada bu, minimum dərəcədə durğunluq, maksimum səviyyədə isə mövcud sənayelərin, o cümlədən metallurgiya, yeyinti və yüngül sənayenin məhv edilməsi deməkdir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:15 / 20.03.2025
Şoyqu İrəvanı HƏDƏLƏDİ: “Aİ-yə qoşulsa…”
Hazırda oxunan: Şoyqu İrəvanı HƏDƏLƏDİ: “Aİ-yə qoşulsa…”
Hazırda oxunan: Şoyqu İrəvanı HƏDƏLƏDİ: “Aİ-yə qoşulsa…”
240304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.