Rusiya qırıcıları Cənubi Koreya yaxınlığında PEYDA OLDU – İki ölkə arasında GƏRGİNLİK

Hazırda oxunan: Rusiya qırıcıları Cənubi Koreya yaxınlığında PEYDA OLDU – İki ölkə arasında GƏRGİNLİK

240273

Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına (ADIZ) daxil olub.

Bizim.Media “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb:

“Rusiyanın bir neçə hərbi təyyarəsi Cənubi Koreyanın Şərq dənizi üzərindən havadan müdafiə zonasına 20 kilometr daxil olub”.

Müdafiə Nazirliyinin məlumatına görə, Cənubi Koreyaya məxsus qırıcı təyyarələr gözlənilməz vəziyyətlərin qarşısını almaq üçün taktiki tədbirlər görüblər. Eyni zamanda Rusiya təyyarələrinin Cənubi Koreyanın hava məkanını pozmadığını qeyd edib. Hadisə ilə bağlı Seul Rusiya hərbi attaşesi Nikolay Marçenkoya etirazını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin