Avtobusu saxlayıb, yolun ortasında namaz qılan sürücü CƏZALANDIRILDI – VİDEO

Hazırda oxunan: Avtobusu saxlayıb, yolun ortasında namaz qılan sürücü CƏZALANDIRILDI – VİDEO

240263

Rusiyanın Vladivostok vilayətində avtobus sürücüsü şəhərin mərkəzində avtobusu saxlayaraq namaz qıldığına görə 500 rubl cərimələnib.

Bizim.Media xəbər verir ki, bu barədə Amur Mash teleqram kanalı məlumat yayıb .

“24 yaşlı sürücü namaz qılmaq üçün maşını əsas meydanın və Primorye hökumət binasının yaxınlığındakı dayanacaqda saxlayıb. Bununla da o, qaydaları pozub və hərəkət iştirakçılarına maneə yaradıb”, - məlumatda deyilir.

Mənbənin sözlərinə görə, bir neçə sərnişin sürücünün geri dönməsini gözləmədiyi üçün avtobusu tərk edərək piyada gediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücü barəsində protokol tərtib ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin