Tramp Rusiya ilə bağlı planını AÇIQLADI – “Ona görə əməkdaşlıq etmək istəyirik ki...”

Hazırda oxunan: Tramp Rusiya ilə bağlı planını AÇIQLADI – “Ona görə əməkdaşlıq etmək istəyirik ki...”

240250

“Birləşmiş Ştatlar böyük əraziləri və dəyərli torpaqları olduğu üçün Rusiya ilə çalışmalıdır” .

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Breitbart”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlərin inkişafı Rusiyanın Çindən iqtisadi cəhətdən ayrılmasına gətirib çıxara bilər:

"Biz Rusiya ilə məşğul olmalıyıq. O, ərazisinə görə dünyanın ən böyük ölkəsidir. Rusiya Çindən qat-qat böyükdür. Onların 11 saat qurşağı var. Yəni ölkənin bir tərəfdən digər tərəfinə 11 saat qurşağı ilə uça bilərsiniz. Onların çox qiymətli torpaqları var”.

Tramp həmçinin Ukrayna ilə nadir torpaq metalları ilə bağlı müqaviləni də xatırladıb. Onun sözlərinə görə, bu müqavilə sayəsində ABŞ Ukraynaya yatırdığı 350 milyard dolları geri qaytara biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin