Vuçiç BU HALDA istefa verəcəyini AÇIQLADI

Hazırda oxunan: Vuçiç BU HALDA istefa verəcəyini AÇIQLADI

240214

Serbiya Prezidenti Aleksandar Vuçiç etirazlarda “səs tapançasından” istifadə edildiyinin sübut olunduğu halda, istefa verəcəyini vəd edib.

Bizim.Media xəbər verir ki, bu barədə Vuçiç xalqa müraciətində deyib.

“İndi sizə deyirəm, əgər qoşunlarımız səs topundan istifadə etsəydilər... Mən artıq prezident deyildim. Siz zavallı yalançılar, ayıb olsun sizə”, – Serbiya Prezidenti deyib.

Qeyd edək ki, mitinq martın 15-də ölkə parlamentinin qarşısında və Slaviya meydanında keçirilib. Sonra 107 min insan küçələrə axışıb. 
 

Xatırladaq ki, keçən il noyabrın 1-də Novi Sad şəhərindəki dəmir yolu vağzalında 15 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyasından sonra Serbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər.


Hadisə baş verən dövrdə isə tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, eləcə də daxili və xarici ticarət naziri Tomislav Momiroviç tutduqları vəzifələrdən istefa vermişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin