Tanınmış aparıcıya qarşı istintaq BAŞLADI - FOTO

Hazırda oxunan: Tanınmış aparıcıya qarşı istintaq BAŞLADI - FOTO

240061

Məşhur türkiyəli jurnalist və aparıcı Ece Ünerə qarşı istintaq başlayıb.

Bizim.Media xəbər verir ki, buna səbəb “Halk TV”nin aparıcısı Ece Üner türk jurnalist İsmail Saymazın pasportunun əlindən alınması ilə bağlı sosial şəbəkədəki paylaşımı olub.
 

Belə ki, İstanbul Baş Prokurorluğu bir müddət əvvəl İsmail Saymazın xaricə səfərinə qadağa qoyub. Ece Üner məsələ ilə bağlı sosial şəbəkədə İsmayıl Saymazın paylaşımına münasibət bildirib və onu dəstəkləyib.


İstanbul Respublika Baş Prokurorluğu bildirib ki, Ece Üner İsmail Saymazın pasportuna həbs qoyulması ilə bağlı paylaşımına verdiyi şərhə görə ifadə verməyə çağırılıb.

Məlumata görə, o, paylaşımında istintaq əməkdaşlarını hədəfə aldığı və təhqir etdiyi üçün prokurluğa ifadə verməyə çağırılıb.

İstanbul Respublika Prokurorluğu Ece Ünerə qarşı paylaşəmda işlətdiyi ifadələrə görə "məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək" və "ədalətli mühakiməyə təsir etmək cəhdi" maddələri ilə istintaq başladıb.

Prokurorluq İstanbul Polis İdarəsinə Ünerin ifadəsini almağı tapşırıb. Üner polisin müşayiəti ilə ifadə verməyə aparılıb.

Prokurorluq Ünerin şərti olaraq azadlığa buraxılmasını istəyib. E.Üner xaricə çıxış qadağası və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Aparıcı sosial şəbəkə hesabında ifadə vermək üçün çağırıldığını və axşam əsas xəbər bülletenində ola bilməyəcəyini açıqlayıb.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin