İstanbul Respublika Prokurorluğu 105 dövlət qulluqçusu və siyasi fəalın həbsinə qərar verib.
Bizim.Media xəbər verir ki, saxlanılanlar arasında İstanbul bələdiyyə sədri və Türkiyə müxalifətinin lideri Əkrəm İmamoğlu da var.
Türkiyə mətbuatı yazır ki, onlara qarşı korrupsiya ittihamı ilə istintaq başlayıb. Hazırda İmamoğlunun İstanbuldakı evində axtarışlar aparılır.
Mənbə İmamoğlunun mətbuat katibi Murat Ongunun da saxlandığını qeyd edib.
Bizim.Media