Jirinovskidən imperialist TƏKLİF - DETALLAR

Hazırda oxunan: Jirinovskidən imperialist TƏKLİF - DETALLAR

24001

Rusiya milli futbol komandasının formasına Rusiya imperiyasının xəritəsi yapışdırılsın və oyundan əvvəl imperiya himnindən istifadə edilsin.

Bizim.Media “gazeta.ru”ya istinadən yazır ki, bu təkliflə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

“Ukraynanın Krımı özününkü hesab etməsi ilə rəsmi Kiyevə tabe olmayacaq. Yarımada əsrlər boyu Rusiyanın bir hissəsi, Rus Pravoslavlığının beşiyi olub.

Xoşbəxtlikdən yeddi ildir ki, yenidən ölkəmizin torpağıdır. Kiyevdə fərqli düşüncə heç nəyi dəyişdirməyəcək. Onlara formanı qırmızı rəngləmələrini və üzərinə çəkic-oraq əlavə etmələrini tövsiyə edərdim, çünki Ukrayna dövlətini yaradan kommunistlər Krımı da onlara vermişdi. Və cavab tədbiri olaraq, formamızda Ukraynanın bütün müasir ərazilərini tamamilə əhatə edən Rusiya imperiyasının xəritəsindən istifadə etməyi təklif edərdim. Həqiqətən, 1917-ci ilə qədər bunlar sıradan bir Rusiya vilayətləri idi: Çerniqov, Poltava, Xarkov, Kiyev, Volın, Podolsk. Və himn seçmək üçün "Tanrı Çarı qorusun!" imperiya himni üzərində dayanılmalıdır. Bu, həqiqətən də hansı torpağın kimə məxsus olduğunu və kimin oralarda müvəqqəti qonaq kimi yaşadığını yaxşı xatırladacaq”, deyə siyasətçi Telegram kanalında yazıb.

Qeyd edək ki, 6 iyun tarixində Andrey Pavelko Avropa çempionatı-2020-də iştirak edəcək yığma komandanın yeni formasını təqdim edib. Formanın əsas xüsusiyyəti Krımın Ukrayna ərazisi kimi göstərilməsidir.

Çempionat 11 iyundan 11 iyula qədər olacaq. Ukrayna millisi Avstriya, Şimali Makedoniya və Niderland ilə eyni qrupda oynayacaq. Stanislav Çerçesovun qrup mərhələsindəki yetirmələri belçikalılar, finlər və danimarkalılarla mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin