Ukrayna ilə müharibədə Rusiya hazırda əsas prioriteti olan Kursku azad etmək üzrədir. Moskva artıq buradakı ərazisinin xeyli hissəsinə nəzarəti bərpa etməyə nail olub.
Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd şərtsiz 30 günlük atəşkəsə hazır olduğunu bəyan edir. Rusiya Prezidenti Vladimir Putin isə əksinə, yalnız müəyyən şərtlər daxilində ona gedə biləcəyini bəyan edib. Belə vəziyyətdə döyüşlər davam edir.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın mayın 9-da faşizm üzərində qələbənin 80 illik yubileyi münasibətilə Moskvada keçiriləcək qələbə paradına qatılacağı barədə xəbərlər yayılıb.
Bu vəziyyət Ukraynada atəşkəsin 9 mayadək təmin olunması ehtimalını gündəmə gətirib.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, mayın 9-na qədər Ukrayna cəbhəsində atəşkəs çətin ki, əldə olunsun:
“Əvvəla ona görə ki, Rusiya tez bir zamanda danışıqların başlanmasında israrlı deyil. Rusiya hazırda irəliləyir, üstünlüyü öz əlində saxlayır. Ona görə də atəşkəs məsələsində Rusiyanın yola gəlməsi çətindir”.
Politoloq qeyd edir ki, Tramp da öz ideyasından əl çəkməyəcək:
“O Putinlə iş birliyi formalaşdırmaqda israrlıdır. Bu həm də Trampa ona görə lazımdır ki, Çin və Avropa Birliyilə bağlı məsələlərin həllində Vaşinqton-Moskva oxu işlək vəziyyətdə olsun. Ən vacibi odur ki, heç olmasa bir istiqamətdə irəliləyiş və nəticə əldə olunsun. Rusiya tələsmir. Kursku tam olaraq nəzarətə götürmək ərəfəsindədir”.
Ekspert düşünür ki, burada daha çox tələsən Tramp olmalıdır:
“Çünki oun vaxtı bir o qədər də çox deyil. Hesablamalara görə dünya 10-12 makrozonaya bölünməlidir. Onların da məsuliyyəti ayrı-ayrı dövlətlər və onların təmsilçiliyilə yaradılmış transmilli şirkətlərin üzərinə düşəcək.
Qlobalizm və ultraqlobalizm arasında da toqquşmalar var. Onlar da öz aralarındakı münasibətləri həll etməyə çalışırlar. Bir çox dövlətlər öz təsir imkanlarını itirmək üzrədir. Onların da əvəzinə qlobal güclər danışmalı və qərar qəbul etməlidirlər. Bəzi ölkələr isə hələlik öz mövqelərini saxlaya bilirlər. Əsas qlobal güclər isə Vaşinqtin, Pekin və Moskvadır. Bəzi məqamlarla bağlı ola bilsin ora Türkiyə də daxil edilsin.
Aİ-nin kəsəri isə indi özünü bir o qədər də büruzə vermir. Tramp da çalışacaq ki, maksimal dərəcədə qərarvermə perimetrini kiçiltsin və orada bir neçə aktor olsun. Belə olarsa, dünyada yeni nizam formalaşacaq. Hər halda artıq BMT-nin təsiri də sıfıra yaxınlaşır. Odur ki, proseslərlə bağlı yeni tarixi hadisələrin şahidi olacağıq”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
15:50 / 18.03.2025
SON DƏQİQƏ! Rusiya istədiyini ALDI – Ukraynada atəşkəs bu tarixədək təmin OLUNA BİLƏR
Hazırda oxunan: SON DƏQİQƏ! Rusiya istədiyini ALDI – Ukraynada atəşkəs bu tarixədək təmin OLUNA BİLƏR
Hazırda oxunan: SON DƏQİQƏ! Rusiya istədiyini ALDI – Ukraynada atəşkəs bu tarixədək təmin OLUNA BİLƏR
239953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.