Tramp Baydeni məsxərəyə qoydu - FOTO

Hazırda oxunan: Tramp Baydeni məsxərəyə qoydu - FOTO

239735

ABŞ lideri Donald Tramp Ağ Evdəki postda sələfi olan Co Baydeni məsxərəyə qoyub. 

Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri fotonu öz "Truth Social" sosial şəbəkə hesabında paylaşıb. 

Şəkildə divardan asılmış üç fotoşəkil təsvir olunub. Birincidə və üçüncüdə Trampın hakimiyyət müddətlərini əks etdirən portreti əks olunub.
 

Ortada olan şəkildə isə, məntiqə görə, keçmiş prezident Co Baydenin fotoşəkli olmalı olsa da, əvəzində orada kağız üzərində Baydenin imzasını çəkən cihaz təsvir olunub. 


Tramp bununla Baydenin hakimiyyəti dövründə onun əksər fərman və sərəncamlarının imza qoyan cihaz vasitəsilə imzalandığı ilə bağlı iddialara eyham vurub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin