Avstraliya Ukraynaya qoşun göndərəcək?

Hazırda oxunan: Avstraliya Ukraynaya qoşun göndərəcək?

239695

Avstraliya Ukraynaya öz hərbi qulluqçularından ibarət “sülhməramlı kontingent” göndərməyə hazırdır. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Entoni Albaneze deyib. 

Baş nazir bir daha Kiyevə “möhkəm və sarsılmaz” dəstəyindən danışıb.

O, Avstraliyanın Ukraynada gələcək sülhməramlı səylərdə iştirak etmək üçün istənilən müraciətə baxmağa açıq olduğunu bildirib. 

Albaneze vurğulayıb ki, sülhməramlı qüvvələrin göndərilməsi Avstraliyanın milli maraqlarına uyğundur, çünki Avro-Atlantikada baş verənlərin Hind-Sakit okean regionu üçün ciddi fəsadları var. 
 

Hökumət başçısı xatırladıb ki, Kanberra artıq Kiyevə yardım və Ukrayna ordusunun təlimi üçün 1,5 milyard Avstraliya dolları (950 milyon dollar) göndərib. Albaneze qeyd edib ki, Avstraliya öz imkanlarına əsaslanaraq, lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək. 


Xatırladaq ki, martın 16-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri öz sülhməramlılarından ibarət hərbi kontingenti Ukraynanın Kiyev, Lvov və Odessa şəhərlərinə göndərə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin