Vatikan Roma Papası Fransiskin bir aydan çox əvvəl xəstəxanaya yerləşdirilməsindən sonra ilk fotosunu yayımlayıb.
Bizim.Media xəbər verir ki, fotoda pontifikin pnevmoniyadan müalicə aldığı Roma “Gemelli” xəstəxanasının ibadət otağında kresloda əyləşdiyi əks olunub.
Qeyd edək ki, 88 yaşlı Roma Papası Fransisk fevralın 14-dən ictimaiyyət arasında görünmür.
Bu müddət ərzində bu günə qədər onun heç bir fotosu belə yayımlanmayıb. Onun ikiqat pnevmoniya və digər infeksiyalara yoluxduğu bildirilir. O, bir neçə dəfə tənəffüs çatışmazlığı keçirib.
Bir neçə gün əvvəl isə səhhəti ilə bağlı verilən açıqlamada onun hələ də xəstəxanada tibbi terapiya və tənəffüs fizioterapiyası almalı olduğu bildirilib/
Bizim.Media