Tanzaniya prezidenti Con Maqufuli qorunmanın faydasızlığından danışıb.xa0
Onun sözlərini “The Guardian” nəşri yayımlayıb.xa0
Şərqi Afrika ölkəsinin liderinin fikrincə, hamiləlikdən qorunanlar işləmək və böyük ailə istəməyən tənbəl insanlardır. O əlavə edib ki, qorunmanı təbliğ edən insanlar pis məsləhətçilərdir.xa0
“Siz yaxşı fermerlərsiniz, öz uşaqlarınızı saxlaya bilərsiniz. Qorunmaq nəyə lazımdır?”, - prezident deyib.xa0
Qəzet bildirib ki, prezidentin sözləri qanunun dəyişdirilməsi anlamına gəlmir. Ancaq qeyd edilib ki, bundan öncə prezidentin bəyanatları yerli orqanlar tərəfindən istiqamətverici addım kimi qiymətləndirilib.xa0
Tanzaniya qanunlarına əsasən, bu ölkədə qadınlar hamiləlikdən qoruna bilərlər.xa0































































































