Nyu-Yorkda dəhşətli hadisə: Kişini qəsdən yandırdılar - VİDEO

Hazırda oxunan: Nyu-Yorkda dəhşətli hadisə: Kişini qəsdən yandırdılar - VİDEO

239663

ABŞ-ın Nyu-York şəhərinin məşhur Tayms Meydanında dəhşətli cinayət baş verib.

Bizim.Media xəbər verir ki, naməlum şəxs 49 yaşlı kişini qəsdən yandırıb. Hadisə şahidlərinin bildirdiyinə görə, hücum edən şəxs qurbanın üstünə tezalışan maye tökərək od vurub.

Polis və təcili yardım hadisə yerinə dərhal cəlb olunub. Yaralı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hücumun səbəbləri və cinayətkarın kimliyi araşdırılır.

Hadisə Nyu-York sakinləri arasında böyük qorxu yaradıb. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin