Trampın müşaviri: Azərbaycan - Ermənistan sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq

Hazırda oxunan: Trampın müşaviri: Azərbaycan - Ermənistan sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq

239662

“Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” hesabında yazıb.

“Mən bu həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin köməkçisi, cənab Hikmət Hacıyevlə danışdım.

Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq”, - Uolts qeyd edib.

O, həmçinin Amerikanın Qızıl Dövrünün dünyaya sülh və rifah gətirəcəyini və bu baş verənə qədər işləməyə davam edəcəklərini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin