Roma xəstəxanasında müalicəsini davam etdirən Roma Papası Fransisk bazar günü katolik inancının davamçılarını yazılı müraciətlə salamlayıb və sınaq dövründən keçdiyini qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
“İmtahana çəkilirəm. Mən xəstə qardaş və bacılarımla, bu anda mənim kimi zəif olanlarla birləşirəm. Fiziki bədənimiz zəifdir, lakin buna baxmayaraq, heç kim bizə sevməyi, xəyal qurmağı, inam və ümidlə özümüzü başqalarına həsr etməyi qadağan edə bilməz”, – müraciətdə deyilir.
O, xəstəxana personalının işini qeyd edib və onu müalicə edən və qayğısına qalan həkimlərə dualarını çatdırıb.
Xatırladaq ki, yanvarda 88 yaşlı Fransisk bronxitə yoluxub, fevralın 14-də xəstəlik xroniki forma aldığı üçün onu Romadakı “Agostino Gemelli” klinikasına yerləşdiriblər. Rentgen və laboratoriya müayinələrindən sonra pontifikdə həmçinin ikitərəfli pnevmoniya aşkarlanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:02 / 16.03.2025
Roma Papasından dindarlara müraciət: “İmtahana çəkilirəm”
Hazırda oxunan: Roma Papasından dindarlara müraciət: “İmtahana çəkilirəm”
Hazırda oxunan: Roma Papasından dindarlara müraciət: “İmtahana çəkilirəm”
239618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.