Gecə klubunda yanğın: 50 ölü var - VİDEO

Hazırda oxunan: Gecə klubunda yanğın: 50 ölü var - VİDEO

239561

Şimali Makedoniyanın Koçani şəhərində yerləşən gecə klubunda baş verən yanğın nəticəsində ən azı 50 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin MİA dövlət agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Yanğın paytaxt Skopyenin təxminən 100 kilometr şərqində yerləşən Koçani şəhərindəki gecə klubunda, şənbə gününü bazar gününə bağlayan gecə saatlarında baş verib.

Hadisə zamanı klubda təxminən 1500 nəfərin iştirak etdiyi bir konsert keçirilirdi. Yanğının səbəbi hələlik məlum deyil. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin