ABŞ Prezidenti Donald Tramp martın 13-də rusiyalı həmkarı Vladimir Putinlə danışdığını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Tramp “Truth Social”da məlumat verib.
“Dünən Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar danışıqlarımız oldu və bu dəhşətli, qanlı müharibənin nəhayət başa çatması üçün çox yaxşı şans var.
Amma minlərlə Ukrayna əsgəri tamamilə Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb və çox çətin vəziyyətdədirlər. Mən təcili olaraq prezident Putindən onların sağ qalmalarını xahiş etdim. Bu, İkinci Dünya Müharibəsindən bəri görülməmiş dəhşətli bir qırğın olar”, - Tramp qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:49 / 14.03.2025
Tramp Putinlə telefonla DANIŞDI
Hazırda oxunan: Tramp Putinlə telefonla DANIŞDI
Hazırda oxunan: Tramp Putinlə telefonla DANIŞDI
239354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.