Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mixael Uoltsla telefon danışığında Ukraynadakı münaqişənin həlli məsələsində Moskvanın mövqeyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Onun sözlərinə görə, Rusiya Moskvanın maraqlarını və narahatlıqlarını nəzərə alan uzunmüddətli sülh yolu ilə nizamlanmaya çalışır.
“Ukraynada təklif olunan müvəqqəti atəşkəs Ukrayna hərbçiləri üçün möhlətdən başqa bir şey deyil. Sülhpərvər hərəkətləri təqlid edən addımların heç kimə faydası yoxdur", - Uşakov vurğulayıb.
O, əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin martın 13-də Ukraynada müvəqqəti atəşkəs rejiminin tətbiqi təklifi ilə bağlı daha konkret fikirlərini səsləndirəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:08 / 13.03.2025
SON DƏQİQƏ: Kreml müvəqqəti atəşkəs təklifini rədd etdi
Hazırda oxunan: SON DƏQİQƏ: Kreml müvəqqəti atəşkəs təklifini rədd etdi
Hazırda oxunan: SON DƏQİQƏ: Kreml müvəqqəti atəşkəs təklifini rədd etdi
239136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.