Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəcib hərəkəti ilə gündəmə gəlib.
Bizim.Media “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Türkiyə lideri Polşanın Baş naziri Donald Tusku qarşılayarkən onun sol ayağına dizlik taxdığını, pilləkənləri qalxmaqda çətinlik çəkdiyini görür və qoluna girərək ona yardım göstərir.
Ərdoğanın polşalı nazirə jesti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, Tusk xizək sürərkən xəsarət alıb.
Bizim.Media