Tarraqonadakı Rovira i Vergilius Universitetinin ispaniyalı mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq arxeoloqlar qrupu Qərbi Avropada ən qədim insan qalıqlarını tapıb.
Bizim.Media xəbər verir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.
İspaniyanın şimalındakı Atapuerka dağlarında Sima del Elefante mağarasında tapılan kəllə sümükləri 1,4 milyon ilə aiddir.
Alimlər sümüklərin Homo cinsinin yetkin nümayəndəsinə aid olduğu qənaətinə gəlib və onu “Homo aff” növü kimi təsnif ediblər.
Tədqiqatçılar deyirlər ki, bu tapıntı qədim insanların miqrasiyasına dair fikirləri dəyişir. Əvvəllər güman edilirdi ki, Homo sələfləri Qərbi Avropaya ilk dəfə təxminən 1,2 milyon il əvvəl gəliblər. Lakin yeni tapıntılar burada daha əvvəl “Homo erectus” və ya onların yaxın qohumların olduğunu sübut edir.
Mağarada heyvan sümükləri ilə yanaşı, kvars, çaxmaq daşı və əhəng daşından hazırlanmış sadə alətlər də tapılıb.
Alimlər hesab edirlər ki, təbii sərvətlərlə zəngin Atapuerka dağları insanlar və heyvanlar üçün mühüm miqrasiya dəhlizi rolunu oynayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:07 / 13.03.2025
Qərbi Avropada 1,4 milyon illik insan qalıqları TAPILDI - FOTO
Hazırda oxunan: Qərbi Avropada 1,4 milyon illik insan qalıqları TAPILDI - FOTO
Hazırda oxunan: Qərbi Avropada 1,4 milyon illik insan qalıqları TAPILDI - FOTO
239049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.