Ukrayna ordusu Kurskdan geri ÇƏKİLİR - FOTO

Hazırda oxunan: Ukrayna ordusu Kurskdan geri ÇƏKİLİR - FOTO

238899

Ukrayna qoşunları Rusiya qüvvələrinin irəliləməsi fonunda Kursk vilayətini tərk edir.

Bizim.Media xəbər verir ki, bu barədə Forbes nəşri yazıb.

Mənbə qeyd edir ki, iki həftə əvvəl Rusiyanın elit pilotsuz təyyarəsi Ukraynanın təchizat xətlərini kəsib. Fevralın 25-də bir sıra məqsədyönlü zərbələr Sudjaya gedən əsas yol boyunca onlarla avtomobili sıradan çıxarıb.
 

Mənbə bildirir ki, şəhər Rusiyanın qərbindəki Kursk vilayətində 10 minlik Ukrayna qrupunun əsas bazası olub.


Ukrayna bölmələrinin əsas hissəsi, o cümlədən döyüşə hazır briqadalar Ukrayna ərazisinə qayıdaraq Kurskdan mütəşəkkil evakuasiya həyata keçiriblər.

“Dostlarım mühasirəyə düşməyərək Kurski tərk edə bildilər. Hadisələrin bu yerə gəlməsi ayıbdır. Amma belədir”, - deyə mənbə nəşrə bildirib.

Xatırladaq ki, avqust ayında Ukraynanın Kursk bölgəsinə hücumu yüzlərlə kvadrat mil ərazinin sürətlə ələ keçirilməsi ilə nəticələndi. Lakin strateji cəhətdən əlverişli mövqelərdə möhkəmlənmək mümkün olmadı. Şimala doğru irəliləmə Rusiyanın əks-hücumları ilə yavaşladı, şərqdə isə Ukrayna qoşunları 12.000 Şimali Koreya əsgəri ilə qarşılaşdı.

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəslə bağlı gələcək danışıqların aparılması məqsədi ilə ərazilərin mübadiləsi imkanlarını nəzərdən keçirib.

ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynaya hərbi dəstəyi dayandırdıqdan və kəşfiyyat məlumatlarının mübadiləsini dondurduqdan sonra Ukrayna ordusu üçün vəziyyət daha da mürəkkəbləşib. Kursk vilayətində pilotsuz uçuş aparatları üzrə ixtisaslaşmış “Rubicon” adlı elit rus qrupu fəaliyyət göstərib. Nəticədə Sudjaya gedən yollar dağıdılmış Ukrayna texnikası ilə dolub, Rusiya aviasiyası sərhəddəki körpüləri bombalayıb, geri çəkilməyi çətinləşdirib.

Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Aleksandr Sırski bəyan etmişdi ki, Kursk vilayətindəki bölmələrimizin ətrafında heç bir təhlükə yoxdur. Lakin o, Ukrayna qoşunlarının orada qalacağını təsdiqləməyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin