İstanbulda dostları ilə söhbət edən 30 yaşlı gənc avtomobilinə minəcəyi anda başqa bir maşından düşən tanışı tərəfindən günün-günorta çağı silahlı hücuma məruz qalıb.
Bizim.Media “haberler.com”a istinadən xəbər verir ki, vətəndaşların gözü qarşısında baş verən bu hadisə kameralara düşüb.
Ağır yaralanan gənci xəstəxanaya çatdırıblar.
Bizim.Media