Hazırda Ciddədə Ukraynanın təhlükəsizlik təminatı məsələsi müzakirə olunur.
Bizim.Media xəbər verir ki, Ciddədə Ukrayna amerikalılarla danışıqların ilk raundu zamanı bu gün qismən atəşkəs təklifi ilə razılaşıb.
MÖVZU İLƏ BAĞLI:
Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatdı
Burada söhbət yalnız səmada və dənizdə atəşkəsin tətbiqindən gedir. Dövlətlərin buna necə reaksiya verdiyi açıqlanmır.
Artıq nümayəndə heyətləri danışıqların ikinci raundunda təhlükəsizlik təminatlarını müzakirə edirlər.
Bizim.Media