Qırğızıstanın 2010-cu ildə devrilmiş keçmiş prezidenti Kurmanbek Bakiyevin qohumları vətənə qayıdacağı təqdirdə həbs olunacaqlar.
Bizim.Media xəbər verir ki, bunu Qırğızıstanın dövlət başçısı Sadır Japarov “Kabar” dövlət informasiya agentliyinə verdiyi müsahibədə deyib.
“Maksim (Kurmanbek Bakiyevin oğlu) və Janış (Kurmanbek Bakiyevin qardaşı) Bakiyevlər ömürlük azadlıqdan məhrum ediliblər. Onlar gəlsələr, dəmir barmaqlılqar arxasına düşəcəklər”, - Japarov bildirib.
Onun sözlərinə görə, keçmiş prezidentin qohumlarına qarşı qəbul olunmuş məhkəmə qərarlarını heç kim dəyişə bilməz.
Kurmanbek Bakiyev 2010-cu ilin aprel ayında inqilab nəticəsində devrilib. Siyasi qarşıdurma zamanı ona sadiq hərbçilərlə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 80-dən çox adam öldürülüb, yüzlərlə insan yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:23 / 11.03.2025
Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq - Japarov
Hazırda oxunan: Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq - Japarov
Hazırda oxunan: Keçmiş prezidentin oğlu və qardaşı vətənə dönsə, həbs olunacaq - Japarov
238788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.