Ruslar Ukrayna ordusunu Kursk vilayətindən sıxışdırıb çıxarır

Hazırda oxunan: Ruslar Ukrayna ordusunu Kursk vilayətindən sıxışdırıb çıxarır

238755

Hücum əməliyyatları zamanı rus qoşunları Kursk vilayətində 12 yaşayış məntəqəsini nəzarətə götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatında deyilir.

Söhbət Aqronom, Boqdanovka, Bondarevka, Dmitryukov, Zazulevka, İvaşkovski, Kolmakov, Kubatkin, Martınovka, Mixaylovka, Pravda, Yujnı qəsəbələrindən gedir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, rus qoşunları Kursk vilayətində 100 kvadrat kilometrdən çox ərazini geri qaytarıb.

Qeyd edək ki, martın əvvəlindən Rusiya hərbçiləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə qarşı uğurlu hücuma başlayıb. Xüsusilə, martın 8-9-da rus ordusu 7 yaşayış məntəqəsini nəzarətə götürüb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski martın 10-da bəyan edib ki, hələlik Kursk vilayətinin işğal olunmuş ərazisində Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin mühasirəyə alınması təhlükəsi yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin