Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlarda Ukraynanı Prezident Aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sıbiqa, müdafiə naziri Rustem Umerov və Prezident Aparatının rəhbərinin müavini Pavlo Palisa təmsil edir.
Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals daxildir.
Ukrayna prezidenti Volodimir Zelenski də Səudiyyə Ərəbistanındadır, lakin onun danışıqlarda iştirak etməyəcəyi bildirilir.
Ciddə görüşündən əvvəl Rubio deyib ki, bu danışıqlar Amerikanın Kiyevə hərbi yardımının bərpası üçün “açar” olacaq. O, həmçinin qeyd edib ki, ABŞ hələ də təbii sərvətlər üzrə saziş bağlamağa ümid edir, lakin Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə bunun razılaşdırılacağı bəlli deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:10 / 11.03.2025
Ciddədə ABŞ-Ukrayna danışıqları başladı - VİDEO
Hazırda oxunan: Ciddədə ABŞ-Ukrayna danışıqları başladı - VİDEO
Hazırda oxunan: Ciddədə ABŞ-Ukrayna danışıqları başladı - VİDEO
238745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.