TƏCİLİ! Moskvaya PUA hücumu: Ölən və yaralılar var – VİDEO

Hazırda oxunan: TƏCİLİ! Moskvaya PUA hücumu: Ölən və yaralılar var – VİDEO

238700

Ukrayna silahlı qüvvələri gecə saatlarından başlayaraq Rusiyanın Moskva vilayətinə və bir sıra ərazilərinə PUA ilə hücum edib.

Bizim.Media xəbər verir ki, hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Vilayətin qubernatoru Andrey Vorobyov Leninski şəhər dairəsində və Domodedovoda kütləvi PUA hücumu nəticəsində bir nəfərin öldüyünü və üç nəfərin yaralandığını bildirib.

O əlavə edib ki, dronun qalıqları Moskva vilayətininn Ramenski şəhərində yaşayış binasının üzərinə düşüb. Ən azı 7 mənzilə ziyan dəyib. Üçü uşaq olmaqla 12 nəfər təxliyə edilib. Ümumilikdə isə Moskva vilayətində 69 dron zərərsizləşdirilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin