Bəşər Əsəd tərəfdarları Dəməşqə HÜCUM EDİB?

Hazırda oxunan: Bəşər Əsəd tərəfdarları Dəməşqə HÜCUM EDİB?

238559

Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələri paytaxtın Məzzə rayonunda ölkənin sabiq prezidenti Bəşər Əsəd tərəfdarlarının nəzarət-buraxılış məntəqəsinə hücumunu dəf ediblər. 

Bizim.Media xəbər verir ki, Əl-Cəzirə telekanalı bu barədə Suriyanın yeni hakimiyyət orqanlarının təhlükəsizlik xidmətindəki mənbəyinə istinadən məlumat yayıb. 
 

Martın 6-da Lazkiyə, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə sabiq prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq - ələvilərin yaşadığı Cəblə şəhərində baş verib. 


Son məlumatlara görə, vəziyyət gərginləşəndən bəri Suriyanın qərbində 250 üsyançı öldürülüb, təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin