Mark Karni Kanadanın baş naziri olacaq – Tramp istəyinə çatdı - VİDEO

Hazırda oxunan: Mark Karni Kanadanın baş naziri olacaq – Tramp istəyinə çatdı - VİDEO

238510

Kanada Castin Trüdonu əvəzləyəcək yeni baş nazirini seçib. 

Bizim.Media xəbər verir ki, Kanadanın Liberal Partiyası lider postuna dörd namizəd arasında səsvermə keçirib. Mark Karni səsvermənin qalibi olub. 
 

Karni dərhal Liberal Partiya lideri vəzifəsini tutsa da, Trüdo hələ açıqlanmayan qısa keçid dövrü müddətində Kanadanın baş naziri olaraq davam edəcək. 


Çıxışı zamanı Karni ABŞ Prezidenti Donald Trampın Kanadaya tətbiq etdiyi tariflərə toxunaraq, mövcud hadisələri ölkə həyatının ən böyük böhranı adlandırıb. 

Karninin bu həftə and içəcəyi gözlənilir. 

Yeni seçilmiş Liberal Partiya liderinin artıq aprelin sonunda seçkiləri elan edəcəyi proqnozlaşdırılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin