Tramp Rusiya ilə çox sərt davrandığını etiraf etdi - VİDEO

Hazırda oxunan: Tramp Rusiya ilə çox sərt davrandığını etiraf etdi - VİDEO

238486

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasətinin həmişə sərt olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, o, televiziya müsahibəsi zamanı jurnalistin Ukrayna və İsrailə edilən hücumlarla bağlı sualına cavab verərkən bunu vurğulayıb.

Jurnalist Trampdan soruşub ki, ABŞ hər iki halda aqressorlara eyni yanaşırmı? Tramp isə suala konkret cavab verməkdən yayınaraq, “Bu, tamamilə fərqli yerlərdir… Siz dünyanın müxtəlif hissələrindən danışırsınız” deyib.

Fox News jurnalisti daha sonra soruşub ki, Tramp Rusiya ilə HƏMAS-a qarşı olduğu kimi sərt davranıbmı? Tramp bu dəfə cavabında “Mən Rusiya ilə çox sərt idim, Rusiyaya qarşı hər kəsdən daha sərt oldum” deyib.

O, prezidentliyi dövründə “Şimal Axını-2” qaz kəmərinin tikintisinin dayandırıldığını, Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyini və Ukraynaya Javelin tank əleyhinə raketlərinin verildiyini xatırladıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin