Bəşər Əsədin vəhşiliklərini əks etdirən sənədli film çəkildi - VİDEO

Hazırda oxunan: Bəşər Əsədin vəhşiliklərini əks etdirən sənədli film çəkildi - VİDEO

238466

Türkiyədə Bəşər Əsəd rejimi dövründə 13 il ərzində Suriyada baş verən hadisələri əks etdirən altı seriyalı “Surviving Assad” (Əsədə qarşı sağ qalmaq) adlı sənədli film çəkilib. Suriyada insanlığa qarşı 13 il davam edən müharibəni ətraflı nümayiş etdirəcək ekran əsəri bu gündən etibarən “TRT World” kanalında yayımlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun sosial media hesabında açıqlama verib.

İşgəncələr, edamlar, yoxaçıxmalar, məhkəmə salonlarında verilən ölüm hökmləri ilə bu müharibənin milyonlarla insanın həyatını alt-üst etdiyini vurğulayan Fahrettin Altun Əsəd rejiminin təkcə öz xalqını deyil, insanlıq ləyaqətini də məhv etdiyini bildirib.

“Dəraa şəhərində bir uşağın – Həmzə Əl Hatibin məktəb divarına yazdığı sözlə başlayan üsyanın rejim tərəfindən qan içində boğulması, cümə axşamı məhkəmələrində ədalətin edama çevrilməsi, meyitxanalarda “№23”ü axtaran bir atanın ümidsizliyi, işgəncənin bədənləri və ruhları məhv edən silaha çevrilməsi, Tadamon və Şərqi Quta qətliamlarında şahidlərin boğulmuş səsləri və nəhayət sağ qalanların heç vaxt danışılmamış hekayələrini əks etdirən bu sənədli film, sadəcə, bir ekran əsəri deyil, həm də insanlığın vicdanına çağırışdır, həqiqətin qaranlıqda itməsinə qarşı bir mövqedir.

Suriyada uşaqlar öldürüldü, ailələr parçalandı, bir xalq məhv edilmək istənildi. Amma tarix susqun qalanları da yazacaq. Türkiyə olaraq biz zülmə məruz qalanların səsi olmağa və jurnalistika vasitəsilə həqiqətləri aşkara çıxarmağa davam edəcəyik.

“Surviving Assad” bu hadisələrin unudulmaması üçün var. Çünki unutmaq insan olmaqdan imtina etmək deməkdir”, - deyə Fahrettin Altun bildirib.


​​​​​​
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin