Tramp Putinlə Ukraynanı BÖLÜR - Tayvan HƏYƏCAN İÇİNDƏ - FOTO

Hazırda oxunan: Tramp Putinlə Ukraynanı BÖLÜR - Tayvan HƏYƏCAN İÇİNDƏ - FOTO

238448

Çinin işğalı halında Amerika qoşunlarını göndərəcəyini vəd edən Co Baydendən fərqli olaraq, Tramp Tayvanı müdafiə etmək üçün açıq-aşkar öhdəlik götürməkdən yayınıb
Tayvanlılar Ukraynada baş verən vəziyyətlə Çin tərəfindən adalarına qarşı yaranan təhdidi paralel şəkildə müqayisə edirlər. Ukraynalılar kimi tayvanlılar da qonşu dövlətin davamlı təzyiqi altında yaşayırlar. Həmçinin Tayvan Ukrayna kimi aqressiyanın qarşısını almaq üçün böyük ölçüdə Qərbin dəstəyinə etibar edir.

Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazır.

Asiya məsələləri üzrə mütəxəssis, Beynəlxalq Münasibətlər Şurasının (CFR) üzvü Devid Saks qeyd edir ki, tayvanlılar arasında narahatlıq hissi getdikcə artır.

Nəşr yazır ki, Donald Trampın Ukrayna ilə bağlı siyasəti Tayvan üçün ciddi nəticələrə yol aça bilər. O, Kiyevə təhlükəsizlik zəmanətlərini istisna edib, hərbi yardımı müvəqqəti olaraq dayandırıb və Volodimir Zelenskini təbii sərvətlər məsələsində güzəştlər etməyə, atəşkəsə razı olmağa çağırıb.

Eyni zamanda, Tramp açıq şəkildə bildirib ki, ABŞ-ın ənənəvi müttəfiqlərindən heç biri onların dəstəyinə tam arxalana bilməz.

Ada müntəzəm olaraq döyüş gəmiləri və döyüş təyyarələri ilə güc nümayiş etdirən Çinin daimi təzyiqi altındadır. Tayvan Çin aqressiyasını dayandırmaq üçün ABŞ-ın dəstəyinə arxalanır. Çinin işğalı halında Amerika qoşunlarını göndərəcəyini vəd edən Co Baydendən fərqli olaraq, Tramp Tayvanı müdafiə etmək üçün açıq-aşkar öhdəlik götürməkdən yayınıb. Onun sözlərinə görə, Tayvan Amerika çip sənayesini "oğurlayıb" və Tayvan iqtisadiyyatının onurğa sütunu olan yarımkeçiricilərə 25 faizlik tariflərlə hədələyib.

"Tramp təcridçiliyi təmsil edir, bu isə o deməkdir ki, Tayvanı tərk edə bilər", - deyə Tayvanın Sinçzhu şəhərindən olan mikrosxem mühəndisi Çen-Vey Lay bildirib.

Tayvan dünyanın yarımkeçirici istehsalının mərkəzidir və adada genişmiqyaslı müharibə qlobal iqtisadi böhrana səbəb ola bilər. Bununla belə, Tramp çip istehsalını ABŞ-a köçürməyi bacararsa, onun Tayvana marağı itə bilər.

Tayvanlılar qorxurlar ki, Tramp onlardan Çinlə danışıqlarda sövdələşmə vasitəsi kimi istifadə edə bilər. Pekinə qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, ekspertlər hesab edir ki, Tramp Çinlə razılaşma şərti yaratmağa çalışır.

Tayvanda populyar olan "Bu gün Ukrayna, sabah Tayvan" şüarı ABŞ-ın gələcək siyasəti ilə bağlı narahatlıqları əks etdirir.

Donald Trampın Ukraynaya yanaşmasındakı kəskin dəyişiklik Tayvan üçün narahatedici bir siqnaldır. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin