Türkiyənin Diyarbəkir şəhərində “Starbucks” qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
“Diyarbəkirin mərkəzi Bağlar rayonunda ticarət mərkəzindəki “Starbucks”da bayırdan atəş açılması nəticəsində bir qadın həlak olub, bir nəfər də yaralanıb”, – agentlik bildirib.
İHA qadının xəstəxanada keçindiyini vurğulayıb.
“Anadolu” agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının aparıldığını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:50 / 09.03.2025
Məşhur kafeyə silahlı hücum: Ölən və yaralanan var
Hazırda oxunan: Məşhur kafeyə silahlı hücum: Ölən və yaralanan var
Hazırda oxunan: Məşhur kafeyə silahlı hücum: Ölən və yaralanan var
238403
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.