Çin, Rusiya və İran birgə hərbi dəniz təlimi keçirəcək

Hazırda oxunan: Çin, Rusiya və İran birgə hərbi dəniz təlimi keçirəcək

238401

Çin, Rusiya və İran martın ortasında birgə hərbi təlim keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

“Təhlükəsizlik kəməri-2025” adlı təlim İranın Çabahar limanı yaxınlığında baş tutacaq. Təlim planına dəniz hədəflərinə zərbələr endirmək, zərərin aradan qaldırılması, həmçinin birgə axtarış və xilasetmə işləri daxildir. Məqsəd hərbi sahədə qarşılıqlı etimadın möhkəmləndirilməsi və iştirakçı ölkələrin hərbi dəniz qüvvələri arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsidir.

Çin tərəfi təlimdə iştirak etmək üçün esmines və təchizat gəmisi də daxil olmaqla donanma göndərəcək.

Bu, 2019-cu ildən bəri 3 ölkənin 5-ci birgə hərbi dəniz təlimi olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin