Suriyanın Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan etibarən davam edən qarşıdurmalar nəticəsində azı 532 mülki vətəndaş həlak olub.
Bizim.Media xəbər verir ki, “Rudaw” telekanalının yaydığı məlumata görə, toqquşmalar başlayandan bəri ölənlərin ümumi sayı 745-ə çatıb.
Onların arasında 213 silahlı şəxs də var. Onlardan 93-ü Suriya hakimiyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları, 120-si isə keçmiş prezident Bəşər Əsədin tərəfdarlarının yaratdığı silahlı dəstələrin üzvləridir.
Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Əsədin tərəfdarları arasında silahlı qarşıdurmalar baş verib. Ən gərgin döyüşlər isə Əsəd ailəsinin mənsub olduğu dini azlıq – ələvilərin yaşadığı Cəblə şəhərində qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:16 / 09.03.2025
Suriyada son 3 gündə ölənlərin sayı açıqlandı - ŞOK RƏQƏMLƏR
Hazırda oxunan: Suriyada son 3 gündə ölənlərin sayı açıqlandı - ŞOK RƏQƏMLƏR
Hazırda oxunan: Suriyada son 3 gündə ölənlərin sayı açıqlandı - ŞOK RƏQƏMLƏR
238400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.