ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqi 68 faizə yüksəlib.
Bizim.Media “RBK.ua”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) keçirdiyi sorğunun məlumatlarında bildirilib.
Məlumata görə, 2025-ci ilin fevral ayının əvvəlində ukraynalıların 57 faizi Zelenskiyə inanırdı, 37 faiz isə ona etibar etmirdi. Həmin vaxt güvən və inamsızlıq nisbəti müsbət 20 faiz təşkil edib.
2025-ci il martın 1-dən 4-dək olan dövrdə isə Zelenskiyə inam 68 faizə çatıb. Bu dövrdə ona inamsızlıq səviyyəsi 27 faiz, etibar-etimadsızlıq balansı müsbət 41 faiz təşkil edib.
Xatırladaq ki, fevralın 28-də Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü gərginliklərlə yadda qalıb. Tərəflər arasında baş verən mübahisədən sonra Zelenski nadir mineral ehtiyatlar haqqında sazişi imzalamadan Ağ Evi tərk edib. Bəzi mənbələr Ukrayna liderinin Tramp tərəfindən Ağ Evdən qovulduğunu yazıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:25 / 08.03.2025
Trampla mübahisədən sonra Zelenskinin reytinqində rekord YÜKSƏLİŞ - FOTO
Hazırda oxunan: Trampla mübahisədən sonra Zelenskinin reytinqində rekord YÜKSƏLİŞ - FOTO
Hazırda oxunan: Trampla mübahisədən sonra Zelenskinin reytinqində rekord YÜKSƏLİŞ - FOTO
238262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.