Bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişi qadağan edilir – SİYAHI

Hazırda oxunan: Bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişi qadağan edilir – SİYAHI

238110

Amerika prezidenti Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulacaq ölkələrin “qırmızı” siyahısının yaradılması təklif edilib.

Belə ki, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir. Siyahıya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-a girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Onların arasında Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanın adı çəkilir. Bundan başqa, vətəndaşlarının “ABŞ-a girişi qəti qadağan olunacaq” ölkələrin siyahısına Əfqanıstan da əlavə oluna bilər.
 

Qırmızı siyahı ilə yanaşı, ölkələrin narıncı siyahısı da təqdim ediləcək. Vətəndaşlarının ABŞ-a girişi müəyyən viza növləri və daha qısa qalma müddətləri ilə məhdudlaşdırılacaq.


Qeyd edək ki, miqrasiya böhranı ABŞ-dakı seçki yarışının əsas mövzularından biri olub.

Respublikaçılar böhrana görə Cozef Bayden administrasiyasını və demokratları günahlandırır.

Donald Tramp ictimai çıxışlarında inaqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirəcəyini dəfələrlə bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin