Dizayneri Zelenskinin qalmaqallı ABŞ səfərində tənqid olunan geyimini ŞƏRH ETDİ

Hazırda oxunan: Dizayneri Zelenskinin qalmaqallı ABŞ səfərində tənqid olunan geyimini ŞƏRH ETDİ

238069

Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova dövlət başçısının qalmaqalla yadda qalan ABŞ səfərində geyindiyi geyim tərzini şərh edib.

Bizim.Media xəbər verir ki, dizayner qeyd edib ki, Zelenskinin obrazı onun dünyaya çatdırmaq istədiyi mesajının bir hissəsidir.

“Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır…

İndi kostyum vaxtı deyil. Əsgərlərimiz döyüşdüyü, insanlarımızın sığınacaqda olduğu bir zamanda kostyum geyinə bilmərik. Bu, seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”.

Qeyd edək ki, ötən həftə Ağ Evdə keçirilən qalmaqallı Tramp-Zelenski görüşü zamanı sonuncunun geyim tərzi tənqid edilib və Tramp ona “sənin ümumiyyətlə kostyumun var?” sualı ilə lağ edib.

Xatırladaq ki, fevral ayının 28-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib. Onların təbii sərvətlər müqaviləsi və gələcək yardımlar mövzusunda müzakirəsi zamanı gərginlik yaşanıb. Ukrayna prezidenti Volodimir Zelenski Trampın istəyi ilə Ağ Evi tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin