Türkiyənin TƏLƏBİ: PKK terrorçuları təcili tərksilah olunmalıdır

Hazırda oxunan: Türkiyənin TƏLƏBİ: PKK terrorçuları təcili tərksilah olunmalıdır

237989

PKK terrorçuları və bu qanlı təşkilata bağlı bütün qruplar özlərini ləğv etdiklərini bəyan etməli, dərhal və qeyd-şərtsiz silahlarını yerə qoymalıdırlar.

Bizim.Media xəbər verir ki, bu barədə martın 6-da Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalanın müvafiq çağırışını xatırladaraq bildiriblər.

“Fevralın 27-də səslənən terror təşkilatının özünü ləğv etməsi və tərksilah olunması çağırışı diqqətəlayiqdir. Gec olsa da, terrorçular anladılar ki, terror fəaliyyəti onları istədikləri məqsədə çatdırmayacaq və yeganə çıxış yolu özünü buraxmalıdır”, - deyə nazirlik qeyd edib.

Eyni zamanda, Ankara terrorçuların hansısa atəşkəslə bağlı bəyanatlarını təxribat cəhdi adlandırıb.

“Türkiyə düşünülmüş mövqedən çıxış etməyə davam edəcək, təxribata və prosesdə gecikmələrə yol verməyəcək”, - deyən Türkiyə Müdafiə Nazirliyindəki mənbələr qazilərə minnətdarlıq edərək, həmçinin terrorla mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin